Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Albaniyada prezident seçkiləri baş tutmadı

20 Aprel 2017
Albaniya parlamenti ölkənin Prezidentini seçə bilməmişdir. Buna səbəb Baş nazir Edi Ramanın rəhbərlik etdiyi hakim partiyanın səsvermənin birinci raundunda namizəd irəli sürməmək barədə qərarı olmuşdur.

“Frans Press” agentliyinin xəbərinə görə, parlamentin sədri İlir Meta demişdir ki, bununla hökumət Prezidentin seçilməsi məsələsində bütün siyasi qüvvələrlə konsensusa nail olmaq istəyini nümayiş etdirmişdir.

Agentlik qeyd edir ki, Prezident vəzifəsinə namizədlər irəli sürüldükdə onlardan birinin qələbəsi üçün 140 deputatdan azı 84-nün dəstəyi lazımdır. Beş raunddan sonra dövlət başçısı seçilməsə, hazırkı parlament buraxılacaq.

Xatırladaq ki, fevralın ortalarından bəri müxalifət azad və şəffaf seçkilərə hazırlıq üçün keçid hökumətinin çağırılmasını tələb edərək parlamenti boykot edir.