Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması sazişini uzatdı

20 Aprel 2017
Neft istehsalçıları hasilatın məhdudlaşdırılması barədə sazişin uzadılmasına dair ilkin razılaşma əldə etmişlər. Bu barədə Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş forum zamanı Səudiyyə Ərəbistanının energetika naziri Xalid Falih məlumat vermişdir. O eyni zamanda vurğulamışdır ki, hələ maraqlı ölkələrin hamısı sazişə qoşulmamışdır. 

Falih əlavə etmişdir ki, sazişin uzadılacağı müddət əhəmiyyətli deyil, çünki əsas məqsəd bazarda tarazlığa nail olmaqdır.
Nazirin dediyinə görə, saziş ilk üç ay ərzində yaxşı icra edilmişdir. Bununla belə, nəzərdə tutulmuş normativlərə tam nail olunmamışdır.
Ötən həftə məlum olmuşdur ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) mart ayında neft hasilatını razılaşmalarda nəzərdə tutulduğundan daha çox azaltmışdır. “Röyter”in hesablamalarına görə, OPEC-ə daxil olan 11 dövlət ötən ay sazişin şərtlərini 104 faiz yerinə yetirmişdir.