Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zərdabda indiyədək 24 min 155 nəfər pulsuz tibbi müayinədən keçib

20 Aprel 2017
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində, o cümlədən Zərdab rayonunda əhalinin növbəti kütləvi tibbi müayinəsi davam edir.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində 18 yaşdan yuxarı 35 min nəfərdən çox zərdablı tibbi müayinədən keçməlidir. Artıq sakinlərin 24 min 155 nəfəri müayinə olunub. Onlardan 580 nəfər ambulator, 22 nəfər stasionar müalicəyə cəlb edilib. 57 nəfər isə daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.

Qeyd edək ki, sakinlərin tibbi müayinəsi hər cür lazımi şəraiti olan rayon mərkəzi xəstəxanasında, Körpükənd və Məlikli kənd sahə xəstəxanalarında aparılır. Xüsusi səyyar briqada xəstəxanaya gəlmək imkanı olmayan ahıl insanların müayinəsini evlərində həyata keçirir.

İndiyədək rayonun 29 yaşayış məntəqəsində, 86 idarə və təşkilatda müayinə başa çatıb.