Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"Azexport" indiyədək 100 milyon dollara yaxın məbləğdə ixrac sifarişləri alıb

20 Aprel 2017
 

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 21 sentyabr tarixli Sərəncamı ilə yaradılan "Azexport" portalı indiyədək qeyri-neft sektoruna 100 milyon ABŞ dollarına yaxın məbləğdə ixrac sifarişləri alıb. İlin sonunadək bu rəqəmin bir neçə dəfə artacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı aprelin 20-də mərkəzin birillik fəaliyyətinin nəticələrinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.