Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qripə qarşı yeni dərman aşkarlanıb

19 Aprel 2017
 

Hind alimləri “Hydrophylax bahuvistara” növünə aid qurbağaların qrip ştammlarını məhv etməyə qadir olan maddələr ifraz etdiyini aşkarlayıblar.

AZƏRTAC “mir24.tv” saytına istinadla xəbər verir ki, tədqiqatçılar Hindistanın cənubunda yaşayan amfibiyaların seliyindəki müxtəlif zülal molekullarını təhlil etməklə seliyin tərkibindəki 32 peptiddən dördünün antivirus xüsusiyyətlərinə malik olduğunu müəyyənləşdiriblər. Onlardan yalnız biri – urumin adli peptid insanın qan hüceyrələri üçün zərərsizlik yoxlamasından uğurla keçib.

Bu maddənin qrip virusları üçün dağıdıcı təsir göstərdiyi sübuta yetirilib. Belə ki, urumin virus hissəciklərinin səthində yerləşən və onların əsas hüceyrəyə daxil olmasına imkan verən hemmaqlutinini (Н1) məhv edir.