Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yunanıstanda hərbi helikopter qəzaya uğradı

19 Aprel 2017
Dünən Yunanıstanın şimal-şərqində hərbi helikopter qəzaya uğramışdır. Nəticədə 4 hərbi qulluqçu həlak olmuş, biri yaralanmışdır. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Məlumata görə, quru qoşunlarının UH-1H helikopteri Larisadan Kozaniyə uçurmuş. Qəza Sarantaporu rayonunda baş vermişdir. Axtarış-xilasetmə əməliyyatı zamanı dörd hərbi qulluqçunun cəsədləri tapılmışdır. Qəza nəticəsində yaralanmış bir qadın hərbi qulluqçu xəstəxanaya çatdırılmışdır.

Qəzanın səbəbləri araşdırılır.

Yunanıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, nazir Panos Kammenosun əmri ilə ölkənin silahlı qüvvələrində üçgünlük matəm elan edilmişdir.