Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Universitetin rektoru, akademik Pyotr Qlıboçko ilə görüş keçirilib

18 Aprel 2017
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Universitetin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko ilə görüş keçirilib.

Seçenov Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev bildirib ki, Moskva Universitetinin Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı, habelə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 2015-ci ildə təsis edilib.

AZƏRTAC xəbər verir ki, Pyotr Qlıboçko tələbələrə Universitetin adının dəyişməsi barədə məlumat verib. O bildirib ki, bundan sonra Universitet “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Federal Dövlət Müstəqil Təhsil Müəssisəsi (Seçenov Universiteti)” adlanacaq.

Rektor P.Qlıboçko deyib ki, Bakı filialının tələbələri üçüncü kurs başa çatanda Moskvada Seçenov Universitetinin klinik bazalarında təcrübə keçəcəklər. Filialda klinik fənlər Azərbaycan klinikalarının bazasında Moskvadan gəlmiş müəllimlər tərəfindən tədris ediləcək.

Akademik qeyd edib ki, filialın yaradılması Azərbaycanda tibb təhsilini təkmilləşdirmək, dünyanın nüfuzlu təhsil mərkəzləri ilə əlaqələri genişləndirmək, habelə Azərbaycan vətəndaşlarının Rusiyanın tibb təhsili ocaqlarında təhsil almaq arzusunu təmin etmək məqsədi daşıyır.

Görüşün sonunda akademik P.Qlıboçko tələbələrə tibb elminin mənimsənilməsində uğurlar arzu edib.