
Milli qəhrəman Mübariz İbrahimov haqqında çəkiləcək filmdə məşhur aktyorlar rol alacaq
Keyfiyyətli ekşn səhnələrlə sosial şəbəkələrdə marağa səbəb olan tizer filmin böyük əks-səda doğuracağını deməyə əsas verir.
Tizer İstanbulda “İst Film” çəkiliş qrupu tərəfindən peşəkar kaskadyorlarla çəkilib.
Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycandan məşhur aktyorların filmdə rol alması gözlənilir. Ekşn səhnələr üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb.
Film Azərbaycanda çəkiləcək. Ssenarinin əsas hissəsi hazırdır. Ətraflı olaraq ssenari çalışmaları üçün yaxın günlərdə “İst Film”in yaradıcı qrupu Bakıya gələcək.
Filmin ssenaristləri Türkiyədən Ali Doğançay, Azərbaycandan Rəşad Süleymanoğludur.
Hazırlıq işləri başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanılacaq.
Ekran əsərinin 2018-ci ildə kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcəyi planlaşdırılır.