Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nizami rayonunda sakinlər icbari müayinənin gedişindən razıdırlar

17 Aprel 2017
 

Prezident İlham Əliyevin göstərişinə əsasən fevral ayının 15-dən başlanılan əhalinin tibbi müayinədən keçirilməsi davam edir.

AZƏRTAC-ın Nizami Rayon İcra Hakimiyyətindən aldığı məlumata görə, rayonda əhalinin icbari tibbi müayinəsi uğurla aparılır.

Rayonda tibbi müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxanalar lazımi avadanlıqlarla təchiz olunub, sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Müayinənin ilk günündən qrafikə uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri və sakinlər 26 nömrəli şəhər poliklinikası, 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında rentgen, kardioloji, ultrasəs, stomatoloji, terapevtik və digər növ müayinələrdən keçirlər. Tibbi müayinələr başlanılandan indiyə kimi 42,7 min nəfər rayon sakini tibbi müayinədən keçib, onlardan 1771 nəfəri ambulator, 138 nəfəri isə stasionar müayinəyə göndərilib.