Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında

15 Aprel 2017
 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2 - 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:

Azər Hacıqulu oğlu Həsrət - namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür;

Muxtar Kazım oğlu İmanov - namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;

Həsən Şahhüseyn oğlu Cəfərov - namizədliyi Azərbaycan Həmkarlar

İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 14 aprel 2017-ci il