Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan filmləri Alanya Beynəlxalq Film Festivalında

14 Aprel 2017
 

“Çölçü”, “Həddən artıq uyğunluq”, “İçəri şəhər” və “Qırmızı bağ” filmləri Türkiyənin Alanya Beynəlxalq Film Festivalına dəvət alıb. Festival mayın 2-dən 8-dək Alanya şəhərində keçiriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC- a bildirilib ki, “Həddən artıq uyğunluq” mayın 4-də filmi quruluşçu rejissor Ülviyyə Könül və baş rolun ifaçısı Aydan Axundzadə tərəfindən təqdim ediləcək. Elə həmin gün nümayiş olunacaq “Qırmızı bağ” filmini isə ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, baş rolun ifaçısı Gülzar Qurbanova təqdim edəcəklər. Mayın 5-də “İçəri şəhər” filminin təqdimatında ssenari həmmüəllifi və quruluşçu rejissor İlqar Safat, baş rolun ifaçısı Mehriban Zəki iştirak edəcək. “Çölçü” filmi isə mayın 7-də nümayiş olunacaq. Filmi quruluşçu rejissor Şamil Əliyev və baş rolun ifaçısı Bəhruz Vaqifoğlu təqdim edəcəklər.

Qeyd edək ki, Xalq Artisti Fəxrəddin Manafov festivala xüsusi qonaq kimi dəvət olunub.