Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ana qanının test müayinəsi körpənin sağlamlığını müəyyənləşdirməyə imkan verəcək

14 Aprel 2017
 

Müxtəlif səbəblərdən yaranan genetik problemlər xəstə uşaqların doğulmasına səbəb olur. Aparılan araşdırmalar da həmin genetik xəstəliklərin durmadan artdığını göstərir.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən Azərbaycan və Türkiyədən olan bir qrup alim və həkimin iştirakı ilə keçirilən birgə konfransda gedən müzakirələr həmin məsələyə həsr olunub və irsi xəstəlikləri müəyyənləşdirən beynəlxalq diaqnostikada yeni texnologiyalar layihəsi təqdim edilib.

Türkiyənin Genetik Xəstəliklərin Diaqnostikası Mərkəzinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Evsadik Turan və qardaş ölkədən gələn həkim Ayşə Saylı dünyaya gələcək uşağın sağlamlıq vəziyyətinin doğulmamışdan əvvəl müəyyən edilməsinin tibbdə yenilik olduğunu və aparılan test nəticəsində yeni texnologiyanın buna imkan verdiyini söyləyiblər. Onların verdiyi məlumata görə, yeni test vasitəsilə ananın qanından götürülən nümunə əsasında körpənin gələcək sağlamlığı haqqında məlumat əldə etmək mümkündür və bunun sayəsində Daun sindromlu, yaxud digər anomaliyalı körpələrin dünyaya gəlməsinin qarşısını bəribaşdan almaq imkanı yaranır.