Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ADA” Universitetində 40-dan çox ölkənin milli mədəniyyətinin nümunələri sərgilənir

14 Aprel 2017
Aprelin 14-də “ADA” Universitetinin Tələbə Mərkəzində təşkil olunmuş sərgidə xarici dövlətlərin səfirlikləri və Azərbaycanda təhsil alan əcnəbi tələbələr stendlər qurub, ölkələrinin milli mədəniyyətlərini, kulinariyasını, kitablar, bukletlər, prospektlər şəklində çap məhsullarını nümayiş etdirirlər. Sərgidə müxtəlif xalqların musiqiləri səslənir, tələbələr milli rəqslər ifa edirlər.

AZƏRTAC xəbər verir ki, sərgi artıq ənənəyə çevrilmiş VI Beynəlxalq Festival çərçivəsində təşkil olunub. Festivalda 40-dan çox ölkənin, eləcə də Avropa İttifaqının Azərbaycandakı nümayəndələri iştirak edirlər. Tədbirə ilk dəfə qoşulan ölkələr arasında Xorvatiya, Banqladeş, Finlandiya, Litva və Birləşmiş Ərəb Əmirlikləri də var.