Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər kosmetikanı gənc qadınların sağlamlığı üçün təhlükəli sayıblar

14 Aprel 2017
Alimlər kosmetikanı gənc qadınlar üçün təhlükəli sayıblar. AZƏRTAC “Aktualnıye novosti” saytına istinadla xəbər verir ki, onların sözlərinə görə, şampun, bakteriya əleyhinə vasitə, saç balzamı, habelə dırnaq laklarında zərərli maddələr aşkar edilib.

Parabenlər və triklozan hormonal fona birbaşa təsir göstərir, südəmər uşaqların əmizdirilməsi dövründə ana südünün keyfiyyətini dəyişir. Kosmetik vasitələrdə belə maddələrin olması gənc qadınların sağlamlıq durumunu, habelə onların reproduktiv funksiyasını pisləşdirir. Müxtəlif xarici görünüşə qulluq vasitələrində də ayrı-ayrı maddələr ola bilər. Kosmetikadan çox istifadə etmək nəticəsində ən pis halda uşaqsalma və sonsuzluq inkişaf edə bilər.

Müxtəlif bakteriya əleyhinə sabun növlərinin tərkibində triklozan var. Onun təsiri nəticəsində hormonal sistemin tarazlığı pozulur. Odur ki, triklozanın orqanizm üçün fəsadlarını qabaqcadan demək çox çətindir. Lakin müəyyən edilib ki, triklozanın orqanizmdə toplanması reproduktiv sistemdə problem yaradır. Adi saç şampunu və balzamlarında parabenlər aşkar edilib. Konservantlar zaman keçdikcə sağlam yumurta hüceyrələrinin formalaşmasının qarşısını alır. Dırnaq laklarının tərkibinə sinir sisteminin fəaliyyətinə və ana südünün keyfiyyətinə təsir göstərən xeyli təhlükəli maddə daxildir.