Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Memarlıq və İnşaat Universitetində 100-cü sərgi

13 Aprel 2017
Azərbaycan Memarlıq və İnşaat Universitetinin sərgi salonunda bu ali təhsil müəssisəsinin memarlıq fakültəsində dizayn ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Xuraman İbadullayevanın fərdi yaradıcılıq sərgisi açılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə rektor Gülçöhrə Məmmədova gənc dizaynerə yaradıcılığında və təhsilində uğurlar arzulayıb. Sonra tədbir iştirakçıları X.İbadullayevanın əsərləri ilə tanış olublar.

Sərgidə gənc dizaynerin yağlı boya, karandaş və qələmlə çəkdiyi rəsmlərlə yanaşı, vitraj üslubunda rəsmləri də nümayiş olunur. Eyni zamanda, buta elementlərindən istifadə etməklə insan siluetləri təsvirləri də sərgidə ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Sərginin açılışında universitetin fakültə, kafedra və ictimai təşkilatlarının nümayəndələri, tələbələr iştirak ediblər.

Universitetdə açılan 100-cü sərgi aprelin 21-dək davam edəcək.