Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İçəri şəhər” filmi Los-Ancelesdə beynəlxalq festivalda

12 Aprel 2017
İlqar Safatın “İçəri şəhər” bədii filmi ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalına (SEEfest) dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, aprelin 27-dən mayın 4-dək Los-Ancelesdə keçiriləcək festivalda “İçəri şəhər”in ssenari həmmüəllifi və baş rolun ifaçısı Təhminə Rafaella filmi təqdim edəcək. Festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq film “Ən yaxşı bədii film”, “Ən yaxşı operator işi” və “Tamaşaçı rəğbəti” mükafatlarına nominantdır.

SEEfest Amerika kinoakademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasına xidmət edir.

“İçəri şəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.

Qeyd edək ki, ekran əsəri ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalının Remi mükafatına nominant elan olunub. Film Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallinn “Qaranlıq gecələr”, Hindistanın 8 beynəlxalq film festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.