Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Saç analizi əsasında xəstəliklərin diaqnostikasının yeni metodikası yaradılıb

11 Aprel 2017
Tomsk Dövlət Universitetinin alimləri insan sağlamlığının vəziyyəti və xəstəliklərə qarşı meyili haqqında məlumat verən saçın kimyəvi analizinin yeni metodunu yaradıblar.

AZƏRTAC “tass.ru” saytına istinadla xəbər verir ki, saçın spektral analizi üsulu insan orqanizmində həyati əhəmiyyətli mikroelementlərin konsentrasiyasını müəyyənləşdirməyə imkan verir. Onların disbalansı uzun müddət gizli davam edən müxtəlif xəstəliklərin inkişafına səbəb olur. Qeyd olunan metod eyni zamanda 30 kimyəvi elementin konsentrasiyasını müəyyənləşdirməyə imkan verir.

Yeni üsul artıq səmərəliliyini göstərib. Belə ki, alimlər işemik insult keçirmiş pasiyentlərin saçının analizini apararaq qanın element tərkibinin dəyişdiyini, toksik elementlər olan kadmium və qurğuşunun konsentrasiyasının artmasını, sinkin konsentrasiyasının azalmasını aşkarlayıblar.