Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suraxanı məktəbliləri Azərbaycanın dövlətçilik tarixi və tarixi şəxsiyyətləri barədə məlumatlandırılıblar

11 Aprel 2017
Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Bakının Suraxanı rayonundakı 87 nömrəli orta məktəbin şagirdləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Y.Mahmudov məktəblilərə Azərbaycanın dövlətçilik tarixindən və tarixi şəxsiyyətlərindən danışıb. Bildirilib ki, Azərbaycan xalqı beş min illik dövlətçilik tarixinə malikdir. Regionda ən qədim dövlətçilik tarixi də dünyamiqyaslı tarixi şəxsiyyətlər yetişdirən xalqımıza məxsusdur.