Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ali və orta ixtisas məktəblərinə ərizə qəbulu aprelin 11-dək uzadılıb

10 Aprel 2017
Birinci-beşinci ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti aprelin 11-i saat 23:59-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlətdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiqləyə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.