Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağsuda indiyədək 37 min 438 nəfər pulsuz tibbi müayinədən keçib

10 Aprel 2017
Ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar fevralın 15-dən başlanan aksiya Ağsu rayonunda da müvəffəqiyyətlə davam edir.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu humanist aksiyadan indiyədək 37 min 438 nəfər yararlanıb. Onlardan 4 min 592 nəfər ambulator, 222 nəfər stasionar müalicəyə cəlb edilib. 42 nəfərdə cərrahi əməliyyat aparılıb, 97 nəfər daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.

Sakinlərin kütləvi dispanserizasiyası rayon mərkəzi xəstəxanasında, habelə 10 həkim məntəqəsində aparılır. Ayrı-ayrı ixtisaslardan olan xüsusi həkim briqadası müayinəyə gələ bilməyən yaşlı insanlara evlərində xidmət göstərir.

Qeyd edək ki, rayonda 54 min 114 nəfər pulsuz tibbi müayinədən keçməlidir. Sakinlər onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə bu xeyirxah aksiyanın təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlıq edirlər.