Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb

10 Aprel 2017
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına və rezidenturaya qəbul imtahanının aprelin 9-da keçirilmiş birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası yaradılıb.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, Apellyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (Bakı şəhəri, A. Salamzadə küçəsi, 28) fəaliyyət göstərir. Namizədlər Apellyasiya Komissiyasına aprelin 10-dan 12-nə qədər saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər. Müraciət üçün şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti şəxsən təqdim olunmalıdır.