Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəmkirdə 88 mindən çox sakin pulsuz tibbi müayinədən keçib

10 Aprel 2017
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam edir.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov AZƏRTAC-a bildirib ki, rayonda əhalinin kütləvi pulsuz tibbi müayinəsi üçün hər cür şərait yaradılıb. Belə ki, sakinlər xüsusi həkim briqadaları tərəfindən müayinə olunur, füloqrafiya, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Fevralın 15-dən indiyədək 88 min 774 nəfər müayinədən yararlanıb. Xəstəlik aşkar edilən 4 min 942 nəfər ambulator, 407 nəfər stasionar müalicəyə cəlb edilib, 86 nəfər isə daha ətraflı müayinə-müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.

Tibbi müayinədən keçən vətəndaşlar əhalinin sağlamlığının qorunması istiqamətində görülən bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına minnətdarlıq edirlər.