Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş” üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə

09 Aprel 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 677 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in 2-ci maddəsinin ikinci hissəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti müəyyən edilsinlər.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 aprel 2017-ci il