Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

08 Aprel 2017
Qərar № 2/7

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Zahid Zakir oğlu Əhmədov 57 saylı Kürdəmir, Nurəddin Hüseyn oğlu Əliyev 98 saylı Şəmkir şəhər, Cavid Akif oğlu Məmmədov 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Əhməd Muxtar oğlu Seyidov 49 saylı Yevlax - Mingəçevir, Abdulla Məhərrəm oğlu Sadıqov 98 saylı Şəmkir şəhər, İlqar Zirəddin oğlu Zeynalov 105 saylı Tovuz, Fazil Süleyman oğlu Hacıyev 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

07.04.2017