Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cari ilin üç ayında ölkəmizə gələn turistlərin sayında 24,9 faiz artım olub

07 Aprel 2017
Ötən ilin ilk üç ayı ilə müqayisədə bu ilin ilk üç ayında ölkəmizə gələn turistlərin sayında 24,9 faiz artım olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir deyib: “2017-ci ilin ilk üç ayı ərzində Azərbaycana 544 min xarici turist gəlib. Novruz bayramı ərəfəsində İrandan ölkəmizə gələn turistlərin sayı 60 mindən çox olub”.