Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin komitə iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi müzakirə olunur

06 Aprel 2017
Aprelin 6-da Milli Məclisin elm və təhsil komitəsinin iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə edilir.

AZƏRTAC xəbər verir ki, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.