Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Serbiya Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab Aleksandr Vuçiçə

05 Aprel 2017
 

Hörmətli cənab Vuçiç!

Serbiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. Ötən dövr ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələr genişlənmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizinlə görüşlərimizi və apardığımız fikir mübadilələrini xoş təəssüratlarla xatırlayıram. Yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Sizi münasib bildiyiniz vaxtda Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 4 aprel 2017-ci il