Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

31 Mart 2017
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri tərəfindən təbriklər gəlməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı Vatikan Müqəddəs Taxt-Tacının Pontifik Şurasının sədri Canfranko Ravazi, BMT-nin Ərzaq Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva təbrik ediblər.

Xanım Mehriban Əliyevaya Birinci vitse-prezident təyin olunması münasibətilə Azərbaycanın Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Fransanın “Thales Alenia Space” şirkətinin prezidenti Jan-Lö Qalle də təbrik məktubları ünvanlayıblar.

Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə xanım Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir.