Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev Fondu bizi bu dəfə də unutmadı

30 Mart 2017
 

İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil həyat və gözəllik simvoludur. Çünki bahar gələndə təbiət oyanır,  həyat yenidən dirçəlir. Təsadüfi deyil ki, astronomik ilin başlanğıcı və baharın gəlişi  millətimiz tərəfindən qədim zamanlardan bəri bayram kimi qeyd edilir. Novruz həm də humanizm, xeyirxahlıq, mənəviyyat rəmzidir.

Bu il də doğma vətənimizdə Novruz  böyük coşqu ilə qeyd edildi. İnsanlar ənənəvi olaraq yüksək əhvalda bayram keçirib sevinclərini paylaşdılar, bir-birlərinə sovqat apardılar, ehtiyacı olanlara yardım göstərdilər.  Bu əlamətdar günlərdə yenə də Heydər Əliyev Fondu bizi sevindirdi:  4 gün ərzində rayon mərkəzində və digər 44 yaşayış məntəqəsində yaşayan aztəminatlı ailələrə bayram sovqatı payladı.

Hörmətli redaksiya! Aztəminatlı ailələrə daim dəstək olan, bizim qayğımızı çəkən Heydər Əliyev Fonduna humanitar, xeyriyyəçi siyasətinə, insanlara verdiyi dəyərə  görə minnətdarlığımızı bildirir, fondun bütün əməkdaşlarına cansağlığı arzulayırıq. 

 

Sahilə ƏLİYEVA,

Hilal HÜSEYNOV,

Göygöl rayon sakinləri