Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Novruzu yeni mənzildə qarşıladıq

30 Mart 2017
 

Qarabağ müharibəsi əliliyəm. Vətənə xidmət vətəndaşlıq borcumuzdur:  minnətsiz, təmənnasız. Buna rəğmən, dövlətimiz  şəhid ailələrindən,  müharibə veteranı və əlillərindən, qaçqın və köçkünlərdən qayğısını əsirgəmir. 

Ailə üzvlərimlə - həyat yoldaşım və üç övladımla dövlətimizin isti nəfəsini həmişə üzərimizdə hiss etmişik. Sosial problemlərimizin, qayğılarımızın həllində dövlət orqanları  hər zaman bizə dayaq olub. Keçən il pulsuz minik avtomobili  ilə təmin olunmuşam. Bu günlərdə dövlətimiz ailəmə daha bir sevinc bəxş etdi: bizə Şəmkirin Kür qəsəbəsində yeni inşa edilmiş üçotaqlı fərdi evin açarları təqdim olundu. Evdə hər şərait var, fərdi istilik sistemi, hətta  mətbəx mebeli ilə tam təchiz edilib.

Hörmətli redaksiya! Novruz bayramında bizə  bu  sevinci bəxş edən dövlət başçısına ailəmiz adından minnətdarlığımı bildirirəm.

 

Vasif ƏSGƏROV,

Şəmkirin Kür qəsəbəsinin sakini,

Qarabağ müharibəsi əlili