Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yolumuzu bağlayıblar, tədbir görən də yoxdur

30 Mart 2017
 

Əvvəllər kənd  sakinlərinin  istifadəsində olan ümumi yol indi əkin sahəsinə çevrilib. Beləcə, 20-yə yaxın ailənin yolu bağlanıb.  Buradakı küçənin adının olmaması da bizim üçün həmişə müəyyən  problemlər yaradıb.

Kənd yerində hərə qapısında bir neçə heyvan saxlayır. Onları örüş yerinə çıxarmaq üçün minbir əziyyət çəkirik. Bunun da səbəbi bir nəfərin yolu zəbt edərək əkin aparmasıdır. Vəziyyətlə  bağlı kənd bələdiyyəsinə dəfələrlə müraciət etmişik. Hər dəfə də bələdiyyə sədri deyib ki, kəndin elektron kadastr xəritəsi hazırlanır;  hazır olanda həm küçəyə ad veriləcək, həm də yol problemi həll olunacaq.

Hörmətli redaksiya! İndi gözləyə-gözləyə qalmışıq. Görəsən, bu çətinliyimiz nə vaxta kimi davam edəcək?

 

Rəhman CƏFƏROV,

Rabil ƏLƏKBƏROV,

Samux rayonu, Əhmədbəyli kənd sakinləri