Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Novruz öncəsi kəndə verilən təbii qaz bayram ovqatımızı yüksəldib

30 Mart 2017
 

Cəbhə xəttində yerləşməsinə, mütəmadi atəş altında qalmasına baxmayaraq, bölgədə sürətlə inkişaf edən rayonlardan biri də Goranboydur.  İstər rayon mərkəzində, istər kəndlərdə, eləcə də təmas zonasındakı yaşayış məntəqələrində  sanballı sosial-iqtisadi layihələr həyata keçirilməkdədir.  Abadlıq-quruculuq işləri  Goranboyda geniş vüsət alıb.

Rayonumuz gözəlləşir və  müasirləşir. Müharibə şəraitində yaşasaq da, həyat öz ahəngində davam edir.  İnsanların  əhvali-ruhiyyəsi yüksəkdir. Düşmən atəşi nəticəsində dağıdılan infrastruktur, obyektlər, evlər, təsərrüfatlar qısa  zamanda bərpa olunur.  Şübhəsiz,  sosial tərəqqi sosial rifah deməkdir. Yaşayış məntəqələrinin fasiləsiz enerji ilə təminatı naminə həyata keçirilmiş işlər əhali tərəfindən məmnunluqla qarşılanır. Elektrik şəbəkəsi yenidən qurulmaqdadır. Təbii qaz çəkilişi, demək olar ki, bütün rayonu əhatə edib.

Nəhayət, martın ilk günlərində bizim də kəndə təbii qaz verildi. Hər halda, kənddə təbii qazın  əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Mavi yanacaq əvəzsiz nemətdir: can rahatlığı, təmizlik, istilik və yeni təsərrüfat imkanları deməkdir. Bu, həm də  təbiətin qorunmasına bir töhfədir - daha  odun üçün ağacları qırmaq məcburiyyətində qalmayacağıq. Bahar, Novruz öncəsi kəndə verilən təbii qaz bayram ovqatımızı bir qədər də yüksəldib. 

 

Fəxrəddin MƏMMƏDOV,

Goranboy rayonu, Səmədabad kənd sakini