Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Prokopis Pavlopulosa

24 Mart 2017
Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim sülh və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 mart 2017-ci il.