Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fransanın daxili işlər naziri istefa verib

22 Mart 2017
Fransanın daxili işlər naziri Bryuno Le Ru martın 21-də ətrafında yaranmış siyasi qalmaqal fonunda istefa verdiyini elan edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Mattias Fekl Fransanın yeni daxili işlər naziri təyin olunub.

Xatırladaq ki, Maliyyə Prokurorluğu daxili işlər naziri Bryuno Le Runun qızlarına parlamentdə köməkçisi kimi işləmələrinə şərait yaratması barədə məlumatı araşdırmağa başlayıb. Bildirilir ki, nazirin məktəbli və tələbə olan iki qızı vaxtilə Fransa parlamentinin aşağı palatasında onun köməkçiləri kimi işləyib. Deputat köməkçiləri kimi qızlara ümumilikdə 55 min avro əməkhaqqı ödənilib.

Bundan əvvəl isə Fransanın sabiq baş naziri, ölkə prezidenti postuna namizəd Fransua Fiyonun həyat yoldaşı və övladları ilə də bağlı anoloji qalmaqal baş vermişdi.