Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İrəvanda aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib

20 Mart 2017
İrəvanda aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları şəhərin mərkəzi küçələri ilə yürüş keçiriblər. Hökumət binasına yaxınlaşarkən burada onları polislər qarşılayıb. Tiqran Mets prospektini bağlamağa cəhd göstərən aksiya iştirakçılarına qarşı güc tətbiq olunub. Sonra onlar Nalbandyan küçəsini bağlamağa çalışıblar. Lakin bu dəfə də polis etirazçılara güc tətbiq edib.

Martın 20-də Azadlıq meydanında daha bir etiraz aksiyası planlaşdırılır.

Qeyd edək ki, etirazçılar ötən ilin yayında İrəvan polis idarəsinin binasını ələ keçirənlərlə iş birliyində ittiham edilən Artur Sarkisyanın “Yerablur” fəxri xiyabanında dəfninə icazə verilməsini tələb edirlər.