Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan gimnastı Niderlandda qızıl medal qazanıb

19 Mart 2017
Niderlandın Alsmer şəhərində batut gimnastikası üzrə “Flower Cup” beynəlxalq turniri başa çatıb.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə ölkəmizi fərdi proqramda kişi batutçular Oleq Piunov, İlya Qrişunin, qadın idmançılar Svetlana Makştaryova və Veronika Zemlyanaya təmsil ediblər.

Final mərhələsinədək yüksəlməyi bacaran Svetlana Makştaryova hakimlərdən 52.505 xal alaraq turnirin qızıl medalına sahib olub.