Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qəbələ” komandası “AZAL” ilə səfər matçında xal itirib

19 Mart 2017
Martın 19-da Topaz Premyer Liqasının XXIII turunda “Qəbələ” komandası səfərdə çempionatın autsayderi olan “AZAL” ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüşün ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Fasilədən sonra qonaqlar hesabı açıblar. Matçın 52-ci dəqiqəsində Tellur Mütəllimov “Qəbələ”ni hesabda irəli çıxarıb – 1:0. Lakin Roman Qriqorçukun yetirmələri bu hesabı oyunun sonunadək qoruya bilməyiblər. Matçın 90-cı dəqiqəsində AZAL-ın futbolçusu Nuqzar Kvirtiya “Qəbələ”nin qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, “AZAL”-“Qəbələ” görüşü 1:1 hesabı ilə nəticələnib.

Bu oyundan sonra “Qəbələ” 47 xalla ikinci sıradadır. Tərlan Əhmədovun yetirmələri isə 10 xalla turnir cədvəlinin sonuncu pilləsindədirlər.

Topaz Premyer Liqasının XXIII turuna “Zirə”-“Qarabağ” qarşılaşması ilə yekun vurulacaq.