Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

NATO batalyonunun ilk böyük bölməsi Estoniyaya gəlib

18 Mart 2017
Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahında bildirilib ki, NATO beynəlxalq batalyonunun ilk böyük bölməsi ölkəyə gəlib. Ümumilikdə 130 nəfərdən ibarət qrup Böyük Britaniyadan gəlib. Onlar burada eston həmkarları ilə birlikdə NATO bölməsini qəbul etməyə hazırlaşan 80 həmvətəninə qoşulacaq.

Görüş mərasimində Estoniyanın müdafiə naziri Marqus Tsaxkna iştirak edib.

NATO batalyonunun Estoniyada ümumi sayı 1,2 min nəfərdir. Növbəti həftələrdə Böyük Britaniya və Fransadan hərbçilərin və döyüş texnikasının gəlişi gözlənilir. Batalyonun bölünməsini aprel ayının birinci yarısında başa çatdırmaq planlaşdırılır.

 

AZƏRTAC