Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Şəxsi kabinet”ə daxil olmaq üçün tələb edilən parolu unudan şəxslərin nəzərinə!

18 Mart 2017
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən istifadəçilər yaratdıqları “Şəxsi kabinet”ə daxil olmaq üçün tələb edilən parolu unutduqda şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini (FİN) və qeydiyyat zamanı daxil olunan e-mail ünvanını “parolu unutmuşam” bölməsində müvafiq sahələrə daxil edib “E-mail göndər” düyməsini basmaqla parolu yenidən əldə edə bilərlər.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, parol elektron poçt ünvanına göndəriləcək. Parolu məxfi saxlamaq və itirməmək lazımdır.