Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tramp Ağ evdə keçirilən görüşdən sonra Merkelin əlini sıxmayıb

18 Mart 2017
ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirilən fotosessiya zamanı Almaniya kansleri Angela Merkelin əlini sıxmayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, danışıqlardan sonra hər iki ölkənin liderləri Oval kabinetdə fotoqrafların qarşısına çıxıblar. Jurnalistlər onlardan bir-birinin əlini sıxmağı xahiş etsə də, Amerika Prezidenti buna reaksiya verməyib.

Bunun tam əksi olan hadisə isə ABŞ Prezidenti ilə Yaponiyanın Baş naziri arasında fevralda baş tutan protokol çəkilişləri zamanı qeydə alınıb. O vaxt Tramp Sindzo Abenin əlini 20 saniyəyə qədər sıxaraq saxlayıb.