Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

MDU-nun Bakı filialına qəbul olmaq istəyənlər birinci (yaz) imtahanında iştirak etməlidirlər

18 Mart 2017
Dövlət İmtahan Mərkəzi (DİM) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, MDU-nun Bakı filialına qəbul DİM tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən birinci (yaz) imtahanın nəticələri əsasında həyata keçiriləcək.

MDU-nun Bakı filialına qəbul olmaq istəyən abituriyentlər birinci (yaz) imtahanında iştirak etməlidirlər.