Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Polşanın 10 diqqətəlayiq məkanına “Tarixi abidə” statusu verilib

18 Mart 2017
Polşa Prezidenti Ancey Duda ölkənin 10 diqqətəlayiq məkanını - Qlivitsedə taxta radiostansiyanı, Yavojedə və Svidnitsada Barışıq kostyollarını, Svidnitsada kafedral kilsəni, Tıntsada benediktinlərin və Vonxotskda sisterianların abbatlıqlarını, Svyatoy Krestdə monastırı, Ozimekdə asma körpünü, Rıdzınada barokko üslubunda iqamətgahlar və şəhər tikililəri kompleksini və Klempskdə Müqəddəs Bakirə Məryəm kostyolunu “Tarixi abidə” siyahısına daxil edib.

Bu münasibətlə Varşavada, Prezident Sarayında həmin obyektlərin nümayəndələrinin iştirakı ilə təntənəli tədbir keçirilib.

Qanunvericiliyə görə, “Tarixi abidə” statusu Polşada tarixi və mədəniyyət abidələrinin müdafiəsi formalarından biridir. Bu statusu verməklə, obyekt (tikili, yaxud park) milli mədəniyyət üçün dəyəri ilə əlaqədar xüsusi dərəcəyə yüksəldilir.

Polşa baş nazirinin müavini, mədəniyyət və milli irs naziri Pyotr Qlinski vurğulayıb ki, “Tarixi abidə” siyahısında yer alan diqqətəlayiq məkanlar təkcə Polşa mədəniyyətinin zənginliyini deyil, həm də ölkənin özünün müxtəlifliyini göstərir, çünki bu müqəddəs yerlər xristianlığın müxtəlif istiqamətlərini təcəssüm etdirir.

 

AZƏRTAC