Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya kuboku yarışlarının gümüş medalına sahib olub

17 Mart 2017
Martın 17-də İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə "B" yarımqrupunda mübarizə aparıb.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəliblər.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 5:3 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Yığmamız dünya kubokunun gümüş medallarına yiyələnib.

Xatırladaq ki, 2015-ci ildə keçirilən analoji yarışda komandamız dünya kubokunun sahibi olub.