Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin deputatı NATO Parlament Assambleyasının 94-cü Rouz-Rout seminarında iştirak edəcək

17 Mart 2017
Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 94-cü Rouz-Rout seminarında iştirak etmək üçün martın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda Qərbi Balkan ölkələrində Avratlantik inteqrasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq, siyasi proseslərin gedişi ilə bağlı məsələlər müzakirə olunacaq.

Yığıncaqda, eyni zamanda, Bosniya və Herseqovinada müdafiə sahəsində islahatlar, daxili etnik münasibətlər, Makedoniyada inkişaf prosesləri, Yaxın Şərq regionunda sabitliyin təmin edilməsi, Suriyada, İraqda, Liviyada son durum və ekstremizmə qarşı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılacaq.

Deputat toplantıda qoyulan məsələlərə münasibətini bildirəcək. Səfər martın 24-də başa çatacaq.