Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aleksandr Kvasnievski: BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinə əməl olunmalıdır

17 Mart 2017
BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinə əməl olunmalıdır. Təəssüflər olsun ki, bu qətnamələr yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurası problemin həllində səylərini artırmalıdır.

Bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Polşanın sabiq Prezidenti Aleksandr Kvasnievski səsləndirib.

Azərbaycan ilə Polşa arasındakı əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu dilə gətirən Aleksandr Kvasnievski Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verəcəyini bildirərək deyib: “Hazırda Polşa rəhbərliyi ölkənizlə əlaqələrin daha da möhkəmləndirilməsinə çalışır. Polşa Azərbaycanı beynəlxalq arenada hər zaman dəstəkləyir və siyasi-iqtisadi əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlıdır. Polşada təbii qaz təchizatının şaxələndirilməsinə ehtiyac var. Biz bu sahədə Azərbaycanın təcrübəsindən yararlana bilərik. Bizim turizm sahəsində də əlaqələrin genişləndirilməsi üçün böyük potensialımız var”.