Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya okeanı daha sürətlə qızmağa başlayır

17 Mart 2017
Çin Elmlər Akademiyasının alimləri bildiriblər ki, okeanlarda suyun temperaturu nəzərdə tutulduğundan sürətlə artır.

AZƏRTAC “Science Advances” saytına istinadla xəbər verir ki, qazıntı şəklində yanacaqdan istifadə nəticəsində əmələ gələn “izafi istiliyin” təqribən 90 faizini Dünya okeanı udur. Alimlər hesab edirlər ki, ən mühüm məlumatları suyu öyrənməklə əldə etmək olar. Çinli tədqiqatçıların sözlərinə görə, 1960-cı ildən 2015-ci ilədək okeanların temperaturu 15 faiz artıb.

Mütəxəssislər bir neçə il əvvəl AQRO sisteminin köməyi ilə ölçmələr aparıblar. Onlar əvvəllər bu işlər üçün batitermoqrafdan istifadə edirdilər. Amma bu cihazı insanın iştirakı olmadan böyük dərinliyə batırmaq mümkün deyil. AQRO sistemi planetimizin müxtəlif guşələrində yerləşən 3,5 mindən çox üzmə qurğusunu əhatə edir. Alimlər bu sistemin köməyi ilə müəyyən ediblər ki, okean suları 1992-ci ildən ikiqat sürətlə istiləşməyə başlayıb.