
UEFA Avropa Liqasının dörddəbir final mərhələsində qarşılaşacaq rəqiblər müəyyənləşib
17 Mart 2017
Martın 17-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, yarışın bu mərhələsində 7 ölkə təmsilçisi çıxış edir. Dörddəbir finalda yalnız Belçika 2 komanda ilə təmsil olunacaq.
Püşkün nəticəsi aşağıdakı kimidir:
Anderlext” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)
“Selta” (İspaniya) - “Genk” (Belçika)
“Ayaks” (Hollandiya) - “Şalke” (Almaniya)
“Lion” (Fransa) - “Beşiktaş” (Türkiyə)
Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.