Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ aviasiyası Hələb ətrafında məscidi bombardman etdi

17 Mart 2017
Suriyanın Hələb şəhərinin qərbində, Cinə kəndində yerləşən məscidə hava hücumu nəticəsində azı 58 nəfər həlak olmuş, təxminən 100 nəfər yaralanmışdır. Ölənlərin əksəriyyəti mülki şəxslərdir. Bu barədə Suriya İnsan Hüquqlarının Müşahidəsi Mərkəzi məlumat vermişdir. Bombardmana məruz qalmış əraziyə üsyançılar nəzarət edirlər.

Hava hücumundan bir neçə saat sonra ABŞ etiraf etmişdir ki, məscidi onun təyyarələri vurmuşdur. Bununla yanaşı, Amerika hərbi komandanlığı vurğulamışdır ki, hərbi aviasiya məscidi qəsdən vurmamış, hədəfi səhv salmışdır.

Qeyd edək ki, ötən ilin axırlarından bəri Suriyada atəşkəs rejimi qüvvədədir. O, İŞİD və digər terrorçu qruplaşmaların nəzarət etdiyi ərazilərə şamil olunmur.