Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Flinn Rusiya şirkətlərindən 50 min dollardan çox pul alıbmış

17 Mart 2017
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsindən istefaya göndərilmiş Maykl Flinn 2015-ci ildə Rusiya şirkətlərindən 50 min dollardan çox pul alıb. Bu barədə ABŞ Konqresinin üzvü Elayca Kammings məlumat vermişdir.

Demokratlar Partiyasını təmsil edən Kammingsin açıqladığı sənədlərdən aydın olur ki, Flinn 2015-ci ilin dekabrında Moskvada keçirilmiş konfransda çıxış etdiyinə görə Rusiyanın RT dövlət telekanalından 45 min dollar almışdır. Üstəlik, “Volqa-Dnepr” aviasiya şirkətinin və antivirus proqramları istehsal edən “Kaspersky Lab” şirkətinin törəmə müəssisəsinin hər biri ona 11250 dollar köçürmüşdür.

Maykl Flinn keçən ayın 14-də Trampın müşaviri vəzifəsindən istefa vermişdir. Buna səbəb onun müvafiq səlahiyyətləri olmamasına baxmayaraq, Rusiyanın səfiri Sergey Kislyakla telefonla Vaşinqtonun sanksiyalarını müzakirə etmişdir. Sonra Flinn vitse-prezident Mayk Pensə səhv məlumat verərək bildirmişdi ki, rusiyalı diplomatla telefon danışığı zamanı sanksiyalar məsələsinə toxunmamışdır.