Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İstanbulda terror aktı planlaşdıran İŞİD-çilər yaxalandı

17 Mart 2017
Türkiyə polisi İŞİD terrorçu təşkilatının iki üzvünü həbs etmişdir. “Hürriyyət” qəzetinin xəbərinə görə, yaxalanmış şəxslər İstanbulda terror aktı planlaşdırırmışlar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həbs olunmuş şəxslərin hər ikisi Əbdülqadir Maşaripovun mənsub olduğu terrorçu özəyin üzvləridir. Əslən Özbəkistandan olan Maşaripov 2017-ci il yanvarın 1-nə keçən gecə İstanbuldakı “Reina” klubunda terror aktı törətmiş, nəticədə 35 nəfər həlak olmuşdur.

Qəzet qeyd edir ki, axtarış zamanı şübhəlilərdən iki ədəd Kalaşnikov avtomatı və təxminən 500 patron götürülmüşdür.